Qum fırtınası xəstəxanalara yerləşdirilənlərin sayını artırıb

18 May 2022 01:21 (UTC+04:00)

İraqda qum fırtınası səbəbindən 4 000 nəfər xəstəxanalara yerləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada ölkə miqyasında 4000 nəfərin xəstəxanalara yerləşdirildiyi və hamısına lazımi tibbi yardım göstərildiyi bildirilib.

İraqda qum fırtınası səbəbindən minlərlə insan tənəffüs şikayətləri ilə xəstəxanalara müraciət edib.
Səhər saatlarında güclü qum fırtınası yenidən başlayıb. Güclü qum fırtınaları səbəbindən Bağdadın, Nəcəf və Süleymaniyyə hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.