Zaxarova bunu Qərbin təxribatları üçün fürsət adlandırıb

18 May 2022 00:26 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nüvə silahı mövzusunu Qərbin təxribatları üçün fürsət adlandırıb.

Onun dediyinə görə, Qərb üçün nüvə silahı mövzusu informasiya, siyasi, təhlükəsizlik sahəsində təxribatlar üçün daha bir fürsətdir.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun nüvə silahlarını Rusiya sərhədlərinə yaxınlaşdıracağı təqdirdə, adekvat ehtiyat tədbirləri görərək cavab vermək məcburiyyətində qalacaqlarını bildirmişdi.

...Deyim ki, son zamanlar nüvə silahı mövzusu yaman aktuallaşıb. Necə deyərlər ...axırı xeyir olsun.

SİA bu barədə rus saytlarına istinad edir.

Ağasəf Babayev