Yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTOLAR

17 May 2022 23:23 (UTC+04:00)

Xəbər verildiyi kimi, bu gün saat 22:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi və əlaqələndirilmiş fəaliyyəti sayəsində yanğın saat 23:05-də məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.