İrəvanda müxalifətin növbəti mitinqi başlayıb

17 May 2022 20:29 (UTC+04:00)

Irəvanın mərkəzində, Fransa meydanında müxalifət tərəfdarlarının etiraz aksiyası başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, aksiyada 1 000-dən çox insan iştirak edir.

Təşkilatçılar xüsusi quraşdırılmış böyük ekranda toplaşanlara etirazçıların polis tərəfindən saxlanmasının görüntülərini nümayiş etdirirlər. Dünəndən elan olunan etiraz aksiyası hələlik dinc məcrada keçir.