MEK-ə “Ermənistan-Azərbaycan qarşıdurması: hüquqi aspektlər” adlı kitab daxil olub

17 May 2022 18:57 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) ölkəmizin Bolqarıstandakı Səfirliyinin təşəbbüsü və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə nəşr edilmiş “Ermənistan-Azərbaycan qarşıdurması: hüquqi aspektlər” adlı kitab daxil olub. SİA xəbər verir ki, kitabda müəllif geniş elmi material əsasında Ermənistan-Azərbaycan qarşıdurmasının bir sıra hüquqi problemlərini araşdırır, 44 günlük Vətən Müharibəsində ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusunun möhtəşəm Zəfəri, Ermənistanın tarixi torpaqlarımızda etdiyi vəhşiliklərin hüquqi nəticələri araşdırılır.

Qeyd edək ki, MEK-in balansına daxil olan kitab bolqar dilində nəşr edilib, müəllifi Dövlət İdarəçilik Akademiyasının professoru Namiq Əliyevdir.