Qubada "Əsrimizin Qəhrəmanları" adlı kitabın təqdimetmə mərasimi keçirilib - FOTOLAR

17 May 2022 17:55 (UTC+04:00)

Quba Rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin "Azərbaycan tarixinə yazılmış yeni şanlı səhifə" layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 44 günlük Vətən savaşında canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş "Əsrimizin Qəhrəmanları" adlı kitabın təqdimetmə mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamalıyev, təşkilatın Nəzarət Təftiş Komissiyasının sədri, Niyaməddin İbrahimov, yeganə övladını şəhid verən Tünzalə Zöhrabova, Quba Rayon İcra Hakimiyyətinin məsul Şəxsi Əhməd Nurullayev Vətən Müharibəsi Qəhrəmanı Şəhid Mehrab Niftəliyevin atası Söhrab Niftəliyev, ADPU Quba filialının direktor köməkçisi Mürvət Əliyev, ADPU Quba filialının əməkdaşı, Nəhayət Şirinova, Quba rayonundan Vətən uğrunda şəhadət zirvəsinə ucalan şəhidlərin ailə üzvləri, 3 saylı sağlamlıq imkanları məhdud Respublika xüsusu təyinatlı internat məktəbinin şagirdləri və müllimi Günel Kərimova, təskilatın Quba rayon nümayəndəsi və digər rayon nümayəndələri, media nümayəndələri, ADPU Quba filialının tələbələri iştirak edib.

Tədbirdə təşkilat sədri Rövşən Ağamalıyev "Əsrimizin Qəhrəmanları" kitabı barədə geniş məlumat verib, şəhid ailələrinin fikirləri onları narahat edən məsələlər hagda fikir mübadiləsi aparıb.

Təskilatın NTK-nın sədri Niyaməddin İbrahimov öz çıxışında layihə haqqında geniş məlumat verib, belə tədbirlərin mahiyyətini vurğulayıb.

ADPU Quba filialının direktor köməkçisi Mürvət Əliyev çıxış edərək tədbirin məhz ADPU-nun Quba filialında təşkil olunmasına görə xüsusi minnətdarlığını bildirib.

Qeyd edək ki, təşkilat adından tədbirdə göstərdiyi köməkliyi görə Mürvət Əliyev təşkilatın sədri Rövşən Ağamalıyev tərəfindən Fəxri Fərmanla təltif olunub.

Daha sonra Nəhayət Şirinova vətənpərvərlik mövzusunda çıxış edib və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Daha sonra bütün Şəhid ailələrinə kitablar təqdim olunmuş və xatirə şəkli çəkilmisdir.

Tədbir şəhid ailələrinin də iştirakı ilə Qubanın Şəhidlər Xiyabanında davam etdrilib. Şəhidlərimizin əziz xatirəsi yad edilib, məzarları üzərinə əklillər qoyulub.