Bronxial astma xəstəliyinin yaranmasına səbəb nədir? - HƏKİM DANIŞDI

17 May 2022 17:36 (UTC+04:00)

“Bronxial astma ağ ciyərin soyuqlaması nəticəsində əmələ gələn xəstəlikdir, bunun da əsas səbəbi nəm yerdə işləmək və yaşamaqdır”. Bu sözləri SİA-ya açıqlamasında həkim Namiq Nəbiyev bildirib.

Onun sözlərinə görə, bu cür insanlar vaxtında müalicə qəbul etmədikdə, xəstəlik getdikcə daha da aqressivləşir, boğulma, təngənəfəsolma kimi hallar baş verir: “Təbii ki, xəstəliyin müalicəsi ağ ciyər xəstəlikləri xəstəxanasında aparılır, belə xəstələr əsasən yaz, payız aylarında daha çox problem yaşayırlar ki, bu da əsasən allergik həssas olanlar üçün daha təhlükəlidir”.