Ukraynadan ət idxalının dayandırılması qiymətin bahalaşmasına səbəb olacaq - İQTİSADÇI AÇIQLADI

17 May 2022 17:18 (UTC+04:00)

“Ukraynadan ət idxalının azalmasının səbəbi bəllidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, ümumilikdə Ukraynada bütün yük daşımaları dayandırılıb: “Fevral ayından başlayaraq yük daşımaların dayanması nəticəsində ətin idxalı 6 dəfə azalıb. Ukraynadan Azərbaycana gələn məhsulların xüsusiyyəti ondan ibarət idi ki, bu məhsullar ucuz idi. Bu da bazarda bolluq yaradaraq, qiymətin bahalaşmasına imkan vermirdi. Təbii ki, alternativ bazarlarda sahibkarlar bu məsələni həll edəcəklər. Ukraynadan ət idxalının qısa təsirini ifadə etsək bu qiymətin bahalaşmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, təkcə Ukrayna hadisələri baş verməmişdən qabaq dünyadan qlobal miqyasda yem məhsullarının bahalaşması səbəbindən ət məhsulları onsuzda bahalaşırdı və bahalaşmağa da davam edirdi”.