İƏT PA-ya sədrlik Azərbaycana keçdi

17 May 2022 15:21 (UTC+04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏT PA) sədrlik Azərbaycana keçib.

SİA-nın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova konfransda çıxışı zamanı bildirib ki, Milli Məclis öz sədrliyi dövründə Assambleyanın fəaliyyətinin gücləndirilməsi istiqamətində səylərini göstərəcək.

O vurğulayıb ki, Azərbaycan İƏT PA çərçivəsində fəaliyyətə böyük önəm verir.

Qeyd edək ki, hazırda Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçirilir.