Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçirilir

17 May 2022 15:05 (UTC+04:00)

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransı keçirilir.

SİA-nın məlumatına görə, konfransı Milli Məclisin sədri Sahibə Qafarova açıq elan edib.

Qeyd edək ki, İƏT PA-nın Üçüncü Ümumi Konfransında “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılacaq.

Konfransdan sonra İƏT PA-ya sədrliyin Azərbaycana keçməsi nəzərdə tutulur.