Masallıda istirahət mərkəzində yanğın olub

17 May 2022 14:45 (UTC+04:00)

Masallı rayonunun Şıxlar kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 35 kv.m olan taxta konstruksiyalardan ibarət kotec və yaxınlıqda 2 ədəd ağac yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ərazidəki digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.