Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Heymlix manevri barədə danışıb

17 May 2022 12:56 (UTC+04:00)

Dr.Leyla Fətullayeva: “Heymlix manevri" nəfəs borusundan qida və ya digər yad cismin çıxarılması üçün edilən tibbi müdaxilədir”.

Heymlix manevri 1974-cü ildən bəri əsas ilkin yardım üsullarından biri hesab olunur. Bu üsulla qarın boşluğuna təzyiq etməklə tənəffüs yoluna düşən cisimləri çıxartmaq mümkündür. Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin təcili yardım həkimi Leyla Fətullayeva ağır boğulma hallarında istifadə olunan Heymlix manevri barədə ATV-nin “Səhər” proqramına müsahibə verib. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Süjetin linkini Sizə təqdim edirik.

https://youtu.be/y2cABPI84g4