Məşhur müğənninin qızı nişanlandı

17 May 2022 10:45 (UTC+04:00)

Məşhur türk müğənnisi İbrahim Tatlısesin qızı Dilan Çıtak Tatlıses 4 illik sevgilisi Levent Örder ilə nişanlanıb. SİA xəbər verir ki, təşkil olunan nişan məclisində cütlüyün ailə üzvləri də iştirak edib və üzük lentini də İbrahim Tatlıses kəsib.

Bir neçə il öncə qızı Dilanla Leventin münasibətinə qarşı çıxan müğənninin kürəkəninə əlini öpdürməməsi diqqət çəkib.