“Azəriqaz” xəbərdarlıq etdi

17 May 2022 08:59 (UTC+04:00)

“Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 17.05.2022-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. SİA xəbər veriri ki, təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla 1 qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.