Tunisin DİN rəhbərinin evində partlayış olub

17 May 2022 05:14 (UTC+04:00)

Tunisin daxili işlər naziri Taufik Şarfeddinin ölkənin paytaxtında yerləşən evində partlayış baş verib, onun həyat yoldaşı yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, partlayışa səbəb qaz sızması olub. Hadisə zamanı nazirin həyat yoldaşı yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilir.

Hadisədən bir neçə saat sonra Prezident Qais Səid Tunisli nazir və onun xanımını ziyarət edib.