Slovakiya Ali Məhkəməsinin keçmiş sədri saxlanılıb

17 May 2022 04:46 (UTC+04:00)

Slovakiyanın keçmiş ədliyyə naziri və Ali Məhkəmənin keçmiş sədri Stefan Qarabin Rusiyanın Donbası qorumaq üçün keçirdiyi xüsusi əməliyyata dəstək verdiyinə görə polis tərəfindən saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Markiza” telekanalı yayıb.

Kanalın məlumatına görə, fevralın sonunda Qarabin özünün “Facebook” səhifəsində “...Ukraynadakı hadisələrlə əlaqədar olaraq mən Putinlə eyni şeyi edərdim” - yazıb.

Maraqlıdır ki, Slovakiya polisi onu ekstremizmi dəstəkləməkdə ittiham edib.

Buna baxmayaraq, nazir ifadə verdikdən sonra sərbəst buraxılıb.

Nazlı Almuradova