Masazırda 20 yaşlı gənci avtomobil vurub

17 May 2022 04:16 (UTC+04:00)

Masazır qəsəbəsində 20 yaşlı gənci avtomobil vurub.

SİA-nın əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Şəhriyar Səmədov yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.