COVID-19-un dördüncü dalğası başlayır?

17 May 2022 02:56 (UTC+04:00)

Argentinada koronavirusun dördüncü dalğası başlayır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəhbəri Karla Vissotti deyib.

“...İndi Argentinada COVID-19-un dördüncü dalğası başlayır”. Bu fikirləri “RİA Novosti” Karla Vissottiyə istinadən bildirir.

Onun sözlərinə görə, ölkədə peyvəndlə bağlı vəziyyət bizə pandemiyanın yeni mərhələsində irəliləməyə imkan verir.

Bu arada rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov “İzvestiya” qəzetinə “XE” koronavirus ştammı haqqında təfərrüatları açıqlayıb.

Nazlı Almuradova