“Baydenin Ukraynaya səfəri üçün heç bir plan yoxdur”

17 May 2022 01:51 (UTC+04:00)

Ağ Evin yeni mətbuat katibi Karine Jean-Pierre hazırda ABŞ prezidenti Cozef Baydenin Ukraynaya səfərini təşkil etmək planının olmadığını bildirb.

SİA bu barədə “TASS”a istinad edir.

Qeyd edək ki, Jean-Pierre Baydenin gələcəkdə Ukraynaya səfər edəcəyini də istisna etməyib. Amma belə görünür ki, bu səfər yaxınlarda reallaşmayacaq.

Yeri gəlmişkən, ABŞ dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin Ukraynaya son səfərini xatırladan yeni mətbuat katibi Baydenin mütəmadi olaraq Ukrayna lideri Vladimir Zelenski ilə telefonla danışdığını da bildirib.

Ağ Evin məlumatına görə, mayın 9-da Bayden Ukraynaya Lend-Lease əsasında silah tədarükü haqqında qanun imzalayıb.

Ağasəf Babayev