Nigeriya millisində yeni baş məşqçi

17 May 2022 00:58 (UTC+04:00)

Futbol üzrə Nigeriya milli komandasının yeni baş məşqçisi açıqlanıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, sözügedən komandanı bundan sonra portuqaliyalı Joze Pezeyro çalışdıracaq.

Bu barədə Nigeriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 62 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.