Xarici İşlər Nazirliyi Əfqanıstandakı hücumu pisləyib

17 May 2022 00:36 (UTC+04:00)

Türkiyə Əfqanıstanda Türkiyənin Maarif Vəqfinə məxsus ibtidai məktəb müdir müavininin öldürülməsini pisləyib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

"Ümid edirik ki, cinayəti törədənlər tapılaraq məsuliyyətə cəlb olunacaqlar", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada Maarif Vəqfi Məktəblərinin Əfqanıstanda təhsilə mühüm töhfələr verdiyi qeyd edilib.

Bəyanatda “Türkiyə Maarif Vəqfi Məktəbinin rəsmisinə edilən bu mənfur hücumu şiddətlə qınayır və ümid edirik ki, hadisəni törədənlər tez bir zamanda müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar” deyilib.

Açıqlamada həyatını itirən müdir müavininə Allahdan rəhmət, yaxınlarına və əfqan xalqına başsağlığı verilib.