Bundesliqada mövsümün ən yaxşı oyunçusu

17 May 2022 00:14 (UTC+04:00)

Bundesliqda bu mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu, "Leyptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunkudur. Fransız futbolçu mükafatı azarkeşlərin, klubların və ekspertlərin birgə qərarı ilə alıb.

24 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümündə Bundesliqada 34 oyuna çıxıb, 20 qol vurub, 15 qolun ötürməsini verib.