Səudiyyə Ərəbistanı kralı xǝstǝxanadan evǝ buraxılıb

17 May 2022 00:10 (UTC+04:00)

SİA Türkiyənin TRT televiziyasına istinadən xǝbǝr verir ki, bu barǝdǝ Kralın sarayından mǝlumat yayılıb. Bildirilib ki Kral Selman tibbi müayinə vǝ müalicə prosesi tamamlandıqdan sonra xəstəxanadan buraxılıb. Onun vǝziyyǝti yaxşıdır.

Xatırladaq ki, Mayın 8-də Kral Salman Ciddədəki Kral Faysal Xəstəxanasında yerlǝşdirilǝrǝk orada kolonoskopiya oludu. Analiz vǝ digǝr testlǝrin nǝticǝsi yaxşı olsa da bir müddǝt xǝstǝxanada istirahǝti mǝslǝhǝt görüldü.