Şahbuz rayonunun kəndlərinə güclü dolu yağıb

16 May 2022 23:49 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, mayın 16-da muxtar respublikanın rayon və kəndlərinə leysan xarakterli yağış yağıb. Şahbuz rayonunun kəndlərində isə güclü dolu müşahidə olunub.

Dolu təsərrüfatlara və meyvə bağlarına ziyan vurub.