Rusiya MN hərbi əməliyyatları ilə bağlı bəyanat verib

16 May 2022 22:15 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynanın İlan adası və Nikolayev ətrafında havada 1 "Su-2" və 2 "Su-25" qırıcısını vurduqlarını bildirib.

SİA xəbər verir ki, Konaşenkov Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti haqqında məlumat verib.

Ukraynadakı Rusiya hərbi birləşmələrinin hücumlarının davam etdiyini qeyd edən Konaşenkov bir gündə havadan atılan yüksək dəqiqlikli raketlərlə Ukrayna Silahlı Qüvvələrinin 72-ci Mexanikləşdirilmiş Briqadasının 2 komanda mərkəzinin, o cümlədən Xarkov vilayətindəki Tsapovkadakı qərargahı, Luqanskda, Donetskdə, Xarkovda bəzi digər məntəqələrdə 5 raket və artilleriya arsenalı, 8 atəş nöqtəsi, hərbi hissələrin və texniki vasitələrin toplandığı 16 ərazinin vurulduğunu bildirib.

İqor Konaşenkov bildirib ki, bu əməliyyatlarla 360-dan çox Ukrayna millətçi silahlı qüvvələri və 78 hərbi maşın zərərsizləşdirilib.

Rusiya hava döyüş taktiki birliklərinin 3 komanda mərkəzini, 2 yanacaq anbarını, hərbi hissələrin və texniki vasitələrin cəmləşdiyi 104 ərazini məhv etdiyini qeyd edən Konaşenkov raket və artilleriya bölmələrinin əsgərlərin toplandığı 325 ərazini, 14 komanda mərkəzini və 24 artilleriya batareyasını vurduğunu bildirib.

Rusiya sözçüsü "Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 2 "Su-25" model döyüş təyyarəsi Nikolayev vilayətinin Yevgenovka və Velikaya Kamışevaha qəsəbələrində havada vurulub. Bundan başqa, İlan adas" ətrafında 1 ədəd "Su-24" qırıcısı məhv edilib" deyib.

Luqansk, Xarkov və Donetsk vilayətlərində müxtəlif nöqtələrdə Ukraynaya məxsus 10 pilotsuz uçuş aparatı və 2 Sovet istehsalı olan "Tu-143 Reys" pilotsuz kəşfiyyat təyyarəsinin vurulduğunu qeyd edən Konaşenkov “Döyüşlər nəticəsində Rusiyanın 27 700 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 1 228 ədəd tankı, 2 974 ədəd zirehli döyüş maşını, 577 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 89 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 165 ədəd helikopteri, 97 qanadlı raket, 2 101 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 427 ədəd dronu və 42 ədəd xüsusi texnikası məhv edilib" ifadəsini işlədib.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçib.