SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
R.T.Ərdoğan paytaxt Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyədə əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə keçirdiyi birgə mətbuat konfransında İsveç və Finlandiya ilə bağlı mövzuda açıqlama verərək deyib: “Hər iki ölkənin terror təşkilatlarına qarşı mövqeləri birmənalı deyil. Bizi inandırmağa gələcəklər, bağışlasınlar, yorulmasınlar. Türkiyəyə sanksiya tətbiq edənlərin bu müddət ərzində bir təhlükəsizlik təşkilatı olan NATO-ya daxil olması üçün biz "hə" deyə bilmərik”.
Qeyd edək ki, İsveç və Finlandiya xarici işlər nazirləri Ann Linde və Pekka Haavisto ölkələrinin NATO-ya üzvlük müraciətlərini müzakirə etmək üçün Türkiyəyə gələcəklərini açıqlayıblar.