Elizabet Born 32 ildən sonra Fransanın yeni qadın Baş naziri təyin edilib

16 May 2022 21:49 (UTC+04:00)

Fransanın əmək, məşğulluq və inteqrasiya naziri Elizabet Born Fransanın yeni Baş naziri təyin edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fransanın 61 yaşlı yeni Baş naziri Elizabet Born 32 ildən sonra ilk qadın Baş nazirdir.

Qeyd edək ki, E.Born körpü tikintisi üzrə mühəndis olub. 2013-2014-cü illərdə Ekologiya Nazirliyində kabinet direktoru, 2017-ci ildə Eduard Filip hökumətinə nəqliyyat naziri, 2019-cu ildə ekoloji keçid və həmrəylik naziri olub. 2020-ci ildən isə əmək, məşğulluq və inteqrasiya naziri vəzifəsində çalışıb.