İçməli suyun verilməsində fasilələr yaranacaq

16 May 2022 18:47 (UTC+04:00)

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 16 may 2022-ci il tarixində axşam saatlarından başlayaraq 17 may 2022-ci il tarixində gün ərzində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq. SİA xəbər verir ki, narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.