Havanın qeyri-adi dəyişkənliyi daha çox nevroz insanlara təsir edir - PSİXOLOQ AÇIQLADI

16 May 2022 16:32 (UTC+04:00)

"Havaların dəyişkən keçməsi insanların psixologiyasına da təsir edir. İnsanların səhhətinə də pis təsir edir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Leyla Fətəli bildirib.

Onun sözlərinə görə, misal üçün yaz-yay aylarında səhər yuxudan pozitiv oyanan insan günəş işığı gördükdə xoş aura ilə günə başlayır: "Yaxud insanlarda belə bir inanc var ki, hava pis olduğu zaman hər hansı bir nayihələrinin ağrıdığını düşünürlər. Bu da psixolojik olaraq səhhətimizə təsir edir. Havanın qeyri-adi dəyişkənliyi daha çox nevroz insanlara təsir edir. Həmin insanlar yağışlı havalarda daha depressiv olurlar. Gün ərzində özlərinə gələ bilmirlər. Amma bəzi insanlar var ki, dəyişkən havanı etinasız yanaşırlar. Təbii ki, hər kəsin bir cür xasiyyəti, psixologiyası olduğu üçün hər kəsə bir cür təsir edir".

.