Oğuz rayonunda şəhid Anar Əliyevin xatirəsi anılıb FOTOLAR

16 May 2022 16:33 (UTC+04:00)

Oğuz rayon Şəhidlər Xiyabanında Vətən müharibəsində şəhid olmuş Oğuz oğullarından biri - Əliyev Anar Talıb oğlunun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib Mərasimdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilatın əməkdaşları, rayon icra hakimiyyətinin əməkdaşları, Oğuz rayon Gənclər və İdman idarəsinin əməkdaşları, şəhidin məzunu olduğu şəhər 2 N-li məktəbin rəhbərliyi, o cümlədən, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, məktəblilər iştirak ediblər. Tədbirdə, öncə, Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. Daha sonra, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarları ziyarət edilib və ruhlarına dualar oxunub. Sonra şəhər 2 N-li məktəbin şagirdlərinin ifasında şeirlər və vətənpərvərlik ruhunda mahnılar dinlənilib. Tədbirin sonunda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək, şəhid ailələrinə minnətdarlığını bildirib və göstərdikləri nümunəvi birliyə görə təşəkkür edib.

Zümrüd BAYRAMOVA