Azərbaycana gəlmək üçün 11 min kilometri velosipedlə gəlmişik - İDMANÇI DANIŞDI

16 May 2022 14:41 (UTC+04:00)

"Keçən yay Fransadan çıxanda çox pis hava var idi. Lakin biz xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşmək üçün öz ölkəmizi tərk etdik". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Bike UP& Down" lahiyəsinin təşkilatçıları olan Devi və Emili Sançis cütlüyü bildirib.

Cütlük qeyd edib ki, 11 ay bundan əvvəl Fransanı tərk edib: "Bakıya gəlmək üçün velosipedlə 11 min kilometr məsafə qət etmişik. Azərbaycan gəldiyimiz 11-ci ölkədir. Fransa, Ruminya, Maldova, Slovakiya, Türkiyə, Ukrayna, Almaniya və sonda isə Azərbaycan. Bizim bunu sübut etmək üçün dəlilərimiz var. Müəyyən aparatımız var ki, orada bizim neçə kilometr yol qət etdiyimiz qeydə alınıb. Gürcüstanla Azərbaycan arasındakı sərhəd bağlı olsa da Azərbaycan rəhbərliyi bizə keçməyimiz üçün xüsusi icazə verdi. Bunun üçün də öz təşəkkürlərimizi bildiririk. Biz bu proyektdən əvvəl Azərbaycana gəlməyi çox istəyirdik. Biz buraya təkcə tursit kimi gəlməmişik. Əsas məqsədimiz sizin mətbəxinizlə və mədəniyyətinizlə tanış olmaqdır. Biz Azərbaycana gəldiyimiz andan etibaran bir çox yerlərə gedib, xüsusi qayğıya ehtiyacı olan insanlara görüşüb onlarla söhbət etdik. Bunların hər biri Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin köməyi nəticəsində baş verdi".