"Xarıbülbül" festivalının iştirakçıları TƏƏSSÜRATLARINI SİA İLƏ BÖLÜŞDÜ - SORĞU

16 May 2022 12:01 (UTC+04:00)

1989-cu ildən başlayaraq hər ilin mayında Şuşa şəhərində keçirilən "Xarıbülbül" Musiqi Festivalı Azərbaycanın mədəni həyatında mühüm hadisələrdən biri olmuşdur. Bu festivalda nəinki keçmiş SSRİ respublikalarından, hətta bir çox xarici ölkələrdən nümayəndələr iştirak etdiyindən festival beynəlxalq status daşıyırdı. Lakin təəssüf ki, 1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan ordusu tərəfindən işğalından sonra bu festivalın keçirilməsi dayandırıldı. Lakin Ali Baş Komandan və rəşadətli ordumuz nəticəsində Şuşa 8 noyabr 2022-ci ildə düşmən tapdağından azad olundu. Cənab Prezidentin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı elan edilərkən Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalının bərpasına da start verildi. Mövzu ilə əlaqədar olaraq SİA “Xarıbülbül” festivalında iştirak edən şəxslər arasında sorğu keçirdib.

Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərov: "Təbii ki, Şuşada olmaq böyük bir xoşbətlikdir. Demək olar ki, bura 5-ci gəlişimdir. Amma hər dəfəsində özümü ilk dəfə gəlirmiş kimi hiss edirəm. "Xarıbülbül" festivalı keçmiş zamanlardan bəri Şuşada keçirilib. Bu ənənənin hələ də davam etdirilməsi çox möhtəşəm bir addımdır. Bizim milli qəhrəmanımız Cavanşirin də dediyi kimi, "Mən öləndə məni düşmən sərhədində basdırın. Oğullarda qeyrət varsa qəbrim basılmaz". Onun sözünə qüvvət olaraq demək istərdim ki, bizim oğullarımız öz qeyrətlərini torpaqlarımızı alan zaman nümayiş etdirdilər. Biz həmin oğullarımız ilə qürur duyuruq. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!".

"Halay" rəqs qrupunun üzvü Rizvan Dadaşov: "Bu gün biz "Xarıbülbül" festivalında "Halay" rəqsini etdik. Bizim burada iştirak etməyimiz və sözlərlə ifadə oluna bilməyəcək gözəlliyə sahib olan Şuşamızda olmaq inanılmaz bir hissdir. Mən keçirtdiyim hissləri sizə asanlıqla ifadə edə bilmərəm. Qarabağ Azərbaycanın dilbər guşələrindən biridir. İnşAllah ki, gələn il də gəlib festivalda iştirak edərik".

Qobustan Aşıqlar Birliyinin üzvü Qədir Bayramov : “Mənim Şuşaya ilk gəlişimdir. Böyük fərəh hissi keçirdirik. Sevincimizin həddi-hüdudu yoxdur. "Xarıbülbül" festivalı öz möhtəşəmliyi ilə seçilir. Bu cür festivallar hər il davamlı olaraq keçirilməlidir. Çünki Azərbaycanın həqiqətlərini bir növ bu addımla bütün dünya ölkələrinə çatdırmaq olar. Var olsun Azərbaycanın Şanlı Ordusu".

Aşıqlar Birliyinin üzvü Əfsanə Kərimli: "Mən bura ilk dəfə ayaq basanda çox kövrəldim. Çünki yuxularımız və arzularımız gərçəkləşdi. Bir zamanlar bura ayaq basmaq bizə nağıl kimi gəlsə də, artıq bu gün biz Cıdır düzündə gəzib, festival keçirdirik. Ona görə də bu hisslər əvəzolunmazdır və möhtəşəmdir. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Ali Baş Komandanımıza uzun ömür can salığı diləyirəm ki, bu gözəl günü rəşadətli ordumuzla birlikdə bizə yaşatdı”.

“Cahan” folklor qrupunun üzvü İsa Əsgərov: "Xarıbülbül" festivalında iştirak edib, Şuşaya ayaq basmaq çox mükəmməl hissdir. Mən burada olmaqdan çox xoşbəxtəm. Öz xatirələrimdə mən hər zaman Şuşanı öz mükəmməliyi ilə xatırlayacam. Ölkəmizin mədəniyyətinin tanınması baxımından "Xarıbülbül" festivalının keçirilməsi çox yaxşı bir addımdır. Bunun nəticəsində Qarabağı daha çox ölkə tanıyır və bir çox insan buranı gəlib görmək şansı qazanır".

“Avarlar” rəqs ansambılının üzvü Dilbər Dibirova: "Bizim artıq Şuşaya ikinci gəlişimizdir. Lakin ikinci dəfə gəlməyimizə baxmayaraq hər dəfəsində ayrı bir hisslər keçirdirik. Çünki Şuşa həqiqətəndə möhtəşəm bir yerdir. Burada olmaq və bu cür festivalda iştirak etmək qürurverici bir hissdir. Düşünürəm ki, "Xarıbülbül" festivalı davamlı olaraq keçirilməlidir. Ona görə ki, bu cür festivallar sayəsində bir çox xaricilər gəlib bura ilə tanış olur. Bununla da həmin turistlər bizim tariximiz və mədəniyyətimizlə yaxından tanış olurlar".

“Avarlar” rəqs ansamblının üzvü: Mənim Şuşaya ilk gəlişimdir. Hər zaman bura haqqında çox gözəl sözlər eşitmişdim. Amma bu gün gəlib buranı canlı-canlı gördüm. Cıdır düzünü qarış-qarış gəzmək, burada iştirak etmək hər bir insana nəsib olmur. Nə gözəlmiş Şuşamız. Şükürlər olsun bugünkü günə. Qarabağ Azərbaycandır. Allah bütün şəhidlərə rəhmət etsin".

“Qorqud” Folklor ansambılı: “5-ci beynəlxalq "Xarıbülbül" festivalının keçirilməsi və dünyanın bir çox ölkəsindən folklor qruplarının buraya gəlişi mədəniyyətlər arası bir bağlantının qurulması deməkdir. Mənim fikrimcə, dünya musiqilərlə və mədəniyyətlərlə daha gözəldir. Bu gün burada bütün hamı birləşdi. Bütün dünyaya Azərbaycan bu kimi festivallarla bir mesaj verir ki, mən sülhü sevirəm və mənim olanı layiqincə almışam. Biz mədəniyyəti və insanlığı sevirik. Var olsun sülh və insanlıq! Yaşasın Azərbaycan!".

Fotoqraf Rza Diqqəti: Şuşa deyəndə bütün dünyada azərbaycanlıların ürəyi titrəyir. Çünki Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Bura Bülbülün, Xan Şuşinskinin, Natavanın, Üzeyir Hacıbəylinin məskənidir. Onun üçündə Şuşada "Xarıbülbül" festivalının keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu festival üçün xaricdən bir çox qrupların gətirilməsidə çox önəmlidir. Bunun üçündə belə festivallar çox keçirilməlidir".

“Ankara Türk Dünyası”rəqs qrupunun üzvü Əsəd Karaca: “Biz bura gəldiyimiz üçün çox xoşbəxtik. Həmçinin bir türk rəqs qrupu olaraq Cıdır düzündə qurulan səhnədə çıxış etmək insana ayrı bir qürur verir. Qarabağda yaşanan hər bir hadisələri biz izləyirdik. Burada yaşanan bütün pisliklərdən xəbərdarıq. Şükürlər olsun ki, 30 il sonra biz burada bayram edə bilirik. Türkiyə ilə Azərbaycan iki dövlət bir dövlətdir və hər zamanda belə olaraq qalacaq".

“Ankara Türk Dünyası” rəqs qrupunun üzvü Göknur Qaraqurd: İlk dəfədir ki, Şuşaya gəlmişəm. Qarabağ torpaqları sizə əziz olduğu kimi bizə də əzizdir. 30 ildən sonra bu torpaqlara ayaq basmaq böyük bir xoşbəxtlikdir. Şuşa bizim də vətənimizdir. Bu qədər qısa bir müddətdə işğaldan azad olunan torpaqlarda böyük quruculuq işlərinin görülməsi sadəcə möhtəşəmdir”.

Dövlət Akademik Rəqs ansamblının üzvü Vasif Nəcəfli: “Bu gün əminəm ki, hər birimiz çox möhtəşəm hisslər keçirdirik. İkinci dəfədir ki, Şuşada oluram. Bura o qədər möhtəşəmdir ki, insan getmək istəmir. Allah şəhidlərimizə rəhmət eləsin. Biz qəhrəman oğullarımız sayəsində bu gün bu torpaqlara ayaq basırıq. Düşünürəm ki, ölkəmizin dünyada tanıdılması üçün bu cür festivallar çox böyük önəm kəsb edir”.

Azərbaycan Dövlət Rəqs Ansamblının üzvü Aida Zeynalova: “Çox təəssüf hissi keçirdirəm ki, biz uzun illər bu yerlərə gələ bilməmişik. Lakin bu gün bu yerlərdə olmaq və bu möhtəşəm festivalda iştirak etmək böyük xoşbəxtlikdir. Qarabağ çox gözəldir. Cıdır düzü, Şuşa hər zaman mənim xatirəmdə unudulmaz olaraq qalacaq. İnşallah gələn il bu festivalda iştirak etmək yenidən bizə nəsib olar. Qarabağ Azərbaycandır”.

“Ankara Türk Dünyası” rəqs qrupunun üzvü Mustafa Yılmaz: "Biz də 30 il müddətində böyük bir həsrətlə bu torpaqları gözləmişik. Uşaqlığımızdan bəri bu torpaqlar barədə çox eşitmişik. Şükürlər olsun ki, uzun bir müddətdən sonra Şuşaya gəlmək bizə nəsib oldu. Qarabağ hər birimizin vətənidir. Allah bütün əsgərlərimizi qorusun, şəhidlərimizə isə rəhmət eləsin”.