Minik avtomobili yük avtomobili ilə toqquşaraq yanıb

16 May 2022 09:52 (UTC+04:00)

Beyləqan şəhərində "QAZ" markalı yük avtomobili və “Tofaş” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən SİA-nın verilən məlumata görə, nəticədə minik avtomobilinin yanar hissələri yanıb.

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.