Bakıda dava zamanı bir nəfər bıçaqlanıb

16 May 2022 04:53 (UTC+04:00)

Bakının Binəqədi rayonunda daha bir bıçaqlanma qeydə alınıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Xocaəsən qəsəbəsində baş verib.

Belə ki, 1994-cü l təvəllüdlü Abbasov Şahmar Vəli oğlu kafedə dava zamanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.