Bakıda evdə yanğın olub

15 May 2022 09:53 (UTC+04:00)

Bakı şəhərinin Qaradağ rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonda ümumi sahəsi 150 m² olan bir dam altında bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən sahəsi 70 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, tavanı və ev əşyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.