7-ci dəfə Bundesliqanın ən yaxşı bombardiri oldu

14 May 2022 22:52 (UTC+04:00)

Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu, "Bavariya"nın hücumçusu Robert Levandovskidir. Polşalı futbolçu cari mövsüm 35 qol vurub. Bununla da o, karyerasında 7-ci dəfə (ardıcıl 5-ci dəfə) Bundesliqanın ən yaxşı bombardiri olub.

Qeyd edək ki, Levandovski bu göstəricidə "Bavariya"nın sabiq hücumçusu Gerd Müllerə çatıb.