Xumar Qədimova sevənlərini təəccübləndirib

14 May 2022 20:16 (UTC+04:00)

Əməkdar artist Xumar Qədimova sevənlərini yenidən təəccübləndirdi. SİA xəbər verir ki, müğənni ilk dəfə reperlə duet edib. Duet ortağı isə reper Aslixan olub.

Qeyd edək ki, Aslixan müğənniyə heyranlığını bir neçə dəfə öz ifasında dilə gətirib. Hətta o, çıxışlarından birində "Heç kəs bizi Xumar kimi məst etmədi",- deyə bildirib.