“5-ci kolon” LGBT bayrağı alltına keçdi! ANALİTİK

14 May 2022 16:36 (UTC+04:00)

Və ya “Fəvvarələr meydanında” siyasi-cinsi azlıq şousu necə fiaskoya uğradı?

Artıq bir neçə gün idi ki, Qərbin bəlli dairələrinə bağlı “Azadlıq” radiosu, “Amerikanın səsi” kimi media qurumları “5-ci kolonun” iştirakı ilə öz təbirlərincə paytaxt Bakıda “kütləvi çaxnaşma”, yaxud “itaətsizlik” aurası yaradaraq ölü müxalifəti “dirildəcəkləri” proqnozlarını verirdilər. Hətta onların söz və ifadə azadlığı amilindən sui-istifadə etməklə sosial şəbəkələrdə apardıqları geniş reklama baxmayaraq, icazəsiz aksiyada çox az sayda adam göründü. Lakin diqqət çəkən digər məqamlar da var idi...

Divan-kreslodan sosial şəbəkələrə doğru “siyasətçiliklə” məşğul olan “5-ci kolon” təmsilçiləri LGBT bayrağına təzim edirlər!

Beləliklə, aparılan bir neçə günlük təbliğata rəğmən icazəsiz aksiyada “etirazçılardan” daha çox özlərini “jurnalist” kimi göstərən, müxtəlif rəngli gödəkcələr geyinmiş qızlar göründü. Üstəlik, orada milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd olan utancverici davranışlar, şüarlar da müşahidə olundu. Təkcə LGBT bayrağının qaldırılması və “Petuxlar mafiya sisteminə qarşı” tipli ədəbsiz şüarın özü bu dırnaqarası çevrənin nəyə sahib olduqlarını bütün çılpaqlığı ilə sərgilədi. Bu, həm də o deməkdir ki, hazırda divan-kreslodan sosial şəbəkələrə doğru “siyasətçiliklə” məşğul olan “5-ci kolon” təmsilçilərinin özləri də LGBT bayrağının altına keçid etməkdədirlər. Misal üçün, AXCP sədri Əli Kərimlinin bu “bayrağa” daxili aləmində nə qədər dərindən təzim etməsini çoxları yaxşı bilirlər.

Qrant yemək üçün ən rəzil addımıara belə getməyə hazır olduqlarını sərgilədilər

Habelə, daha bir fakt budur ki, ölkəmizdə özünü tanıyan heç bir müxalifət partiyası belə əməllərə yol verməzdi ki, AXCP və onun timsalındakı xırda qurumlar qrant yemək üçün ən rəzil addımıara belə getməyə hazır olduqlarını sözügedən aksiya xarakterində nümayiş etdirdilər.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu uğursuz sirk tamaşası daha çox uğursuz gey paradına bənzədi ki, əslində orada iştirak edən azsaylı ünsürlər kənardan çox gülünc təsir bağışladılar. Eyni zamanda, ABŞ-ın Dövlət departamentinin (həmçinin səfirliyinin), habelə onlardan təlimat alan NED təşkilatının nəzarətində olan media qurumları - “Amerikanın səsi” və “Azadlıq” radiolarının cəhdləri bir neçə ay əvvəl baş vermiş Qazaxıstan olaylarına bənzər hadisələrə transfer olunmasına doğru yönəlmişdi.

“Azadlıq” və “Amerikanın səsi” radioları “Sputnik”in Qazaxıstan variantından istifaə etmək istələlər də...

Belə ki, biz burada vaxtilə “Sputnik” agentliyinin Qazaxstandakı hadisələr zamanı tutduğu qızışdırıcı mövqeyini müqayisə edə bilərik və həmin müqayisənin adları çəkilən radioqurumların mövqeləri ilə paralel bənzərliyini görmüş olarıq. Fakt budur ki, həmin mvqelərin heç birini jurnalistikaya aid etmək olmaz. Bu birbaşa başqa dövlətin daxili işlərinə qarışmaq xarakterli təbliğat kimi qiymətləndirilə bilər.

Yeri gəlmişkən, icazəsiz aksiyada polisin təmkini, qanunlar çərçivəsindəki fəaliyyətini yüksək dəyərləndirmək olar. Belə ki, aksiya iştirakçıları polisin ünvanına açıq şəkildə tərbiyəsiz və təhqiramiz şüarlar səsləndirmələrinə baxmayaraq (“Polis olma, adam ol” və s.), qanun mühafizəçiləri heç bir zorakılığa yol verilmədilər və kifayət qədər peşəkarlıqları ilə seçildilər.

“Fəvvarələr meydanı” isə onların siyasi ölüm dayanacaqları, yaxud birdəfəlik fiaskoları oldu!

Təbii ki, belə bir uğursuz siyasi şoudan maliyyə əldə edənlər yəqin ki, ABŞ-dakı və Qərbdəki ağalarının qarşısında cavab verməli olacaqlar. Çünki planları baş tutmamış qaldı və ən əsası, Azərbaycan xalqı belə siyasi idbarçılıqları, tərbiyəsizlikləri və əxlaqsız davranışları rədd etdi. Artıq bu dəfə də sübut olundu ki, Azərbaycan dövlətinin dayaqları gerçək xalq-iqtidar vəhdətinə söykənib və heç bir xarici-daxili qüvvə öz kirli məqsədlərinə qətiyyən çata bilməyəcəklər. “Fəvvarələr meydanı” isə onların siyasi ölüm dayanacaqları, yaxud birdəfəlik fiaskoları oldu!

Rövşən RƏSULOV