V Beynəlxalq Xarıbülbül Festivalının son günüdür - FOTO

14 May 2022 12:47 (UTC+04:00)

Bu gün V Beynəlxalq Xarıbülbül festivalının artıq üçüncü yəni, son günüdür. SİA xəbər verir ki, üç gün davam edən festivalda bir çox folklor ansambllarının, mədəniyyət xadimlərinin, müxtəlif xalqların folklor nümunələrindən ibarət təqdimatlar keçirilib. Bağlanış mərasimində isə Azərbaycan Dövlət Rəqs Ansamblı, Ankara Türk Dünyası Müzik və Halk Dansları Topluluğu, “Melitassi” Folklor Rəqs Ansamblının çıxışlarının baş tutacağı bildirilib.