Yeni Zelandiyanın Baş naziri koronavirusa yoluxub

14 May 2022 04:22 (UTC+04:00)

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern koronavirus üçün testin müsbət çıxdığını açıqlayıb.

"Bütün səylərə baxmayaraq, təəssüf ki, ailəmin qalan hissəsinə qoşuldum və COVID-19 üçün müsbət testdən keçdim", - SİA xəbər verir ki, “RİA Novosti” Ardernin sözlərini sitat gətirib.

O, nişanlısının koronavirusa yoluxduğu mayın 8-dən bəri özünü təcrid etdiyini açıqlayıb.

Qeyd edək ki, 16 dekabr 2021-ci ildə 3,78 milyondan çox Yeni Zelandiyalının koronavirus peyvəndinin iki komponenti ilə peyvənd edildiyi bildirildi.

Əli