Gürcülər Gürcüstanda neft-qaz axtarırlar...

14 May 2022 00:58 (UTC+04:00)

“Gürcüstanın dövlət siyasəti ölkədə neft-qazın kəşfiyyatı və hasilatına sərmayənin maksimum artırılmasından ibarətdir”

Qeyd edək ki, belə bir bəyanatla Tbilisidə keçirilən Kontinental Avropanın Enerji Şurasının iclasında iqtisadiyyat naziri Levan Davitaşvili çıxış edib.

“...Müasir texnologiyalar geoloji və investisiya risklərini azaltmağa imkan verir və hökumətin siyasəti həm neft və qaz axtarışı, həm də onların hasilatı üçün investisiyaların cəlb edilməsini asanlaşdırmağa yönəlib”. SİA-nın əldə etdiyi məlumata görə, bunu da iqtisadiyyat naziri bildirib.

Nazirin sözlərinə görə, hakimiyyət bir neçə ildən sonra Gürcüstanın özünü bu resurslarla müstəqil şəkildə təmin edəcəyinə ümid edir.

Davitaşvili dediyinə görə, mövcud axtarış lisenziyaları üzərində tədqiqat işi perspektivli görünür.

Ağasəf Babayev