Jurnalistin cəsədi yerə düşdü

13 May 2022 19:29 (UTC+04:00)

Fələstində İsrail hərbçiləri tərəfindən öldürülən Əl-Cəzirə televiziyasının fələstinli qadın müxbiri Şirin Əbu Akilenin dəfn mərasiminə İsrail polisi sərt müdaxilə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İordan çayının qərb sahilində İsrail polisi tərəfindən öldürülən Əl-Cəzirə müxbiri Şirin Əbu Akilenin dəfn mərasiminə yüzlərlə fələstinli toplaşıb. İsrail polisi qadın jurnalistin cəsədinin çiyinlərində aparılmasına icazə verməyib. Dəfn mərasiminə qatılan yüzlərlə fələstinli ilə İsrail polisi arasında şiddətli toqquşma olub. Polisin mülki əhaliyə rezin güllələr, səs bombaları və dəyənəklərlə müdaxiləsi zamanı Əbu Akilenin cəsədi yerə düşüb.