Azərbaycanın inkişafı üçün bir çox layihələr həyata keçiriləcək - Cahit Bağcı

13 May 2022 17:09 (UTC+04:00)

“Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümünü taclandıran “Şuşa bəyannaməsi”ndən sonra inkişaf edən əməkdaşlığımız bu gün də yüksək səviyyədə davam edir. İki ölkə arasındakı əlaqələrin bütün sahələri əhatə etməsi üçün əlimizdən gələni edirik”. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün sahələrdə Azərbaycanın inkişafı üçün bir çox layihələrin həyata keçirilməsi planlaşdırılır: “Xəstəxana idarəçiliyi və maliyyə mövzusunda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, eləcə də digər aidiyyəti qurumlarla əməkdaşlıq davam etdiriləcək. Hətta akademik təcrübənin də Azərbaycanda tətbiqi də planlaşdırılır”.