Müğənni köhnə sevgilisini məhkəməyə verir

13 May 2022 15:53 (UTC+04:00)

Türk müğənni İrem Derici ona azərbaycanlı xanımla xəyanət edən keçmiş sevgilisi Cem Belevini məhkəməyə vermək qərarı alıb. SİA xəbər verir ki, Cemin azərbaycanlı model Nərgiz Nəsrullayeva ilə eşq yaşadığı söylənilmişdi.

Müğənni hətta Cem Belevi ilə birgə çəkildiyi "Belki" adlı mahnının klipini də "Youtube"dan sildirmək istəyir. İrem Derici bununla bağlı vəkillərinə təlimat da verib.