Füzulidə polis əməkdaşı özünü öldürüb

13 May 2022 14:23 (UTC+04:00)

Füzuli rayon polis şöbəsinin əməkdaşı özünü güllələyib öldürüb.

DİN-in Mətbuat Xidmətindən SİA-ya bildirilib ki, mayın 13-də Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.