BMTM-nin təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİR FOTOLAR

13 May 2022 10:27 (UTC+04:00)

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfrans keçirilir. SIA xəbər verir ki, konfransda açılış nitqləri ilə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş və Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı çıxış edirlər.