SİA-nın əldə etdiyi məlumata görə, bu barədə UNICEF-in icraçı direktorunun müavini Ömər Abdi BMT Təhlükəsizlik Şurasının iclası zamanı məlumat verib.

Onun sözlərinə görə, təkcə aprel ayında Ukraynada 100-ə yaxın uşaq öldürülüb.

“Bununla belə, real rəqəmlər daha çox ola bilər, çünki müharibə uşaqların müdafiəsi böhranı yaradıb”, – Abdi bildirib.

O əlavə edib ki, Ukraynadakı müharibə ölkənin təhsil sisteminə də təsir edib və məktəblər hərbi məqsədlər üçün istifadə olunur.

"...Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 643-dən çox uşaq xəsarət alıb. 226 uşaq hücum nəticəsində dünyasını dəyişib. Yaralıların sayı isə 417 nəfərdir".

Qeyd edim ki, son statiska belə göstərilsə də, amma bunun da son olmadığı deyilir.