Soçidə delfinlər kütləvi şəkildə ölür

13 May 2022 01:58 (UTC+04:00)

Soçidə infeksiyalar və balıq torlarına girməsi səbəbindən delfinlər kütləvi şəkildə ölməyə başlayıblar.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.
“Delfa” Tədqiqat və Ekoloji Delfin Xilasetmə Mərkəzinin direktoru Tatyana Beley bildirib ki, delfin ölümləri adətən soyuq mövsümdə, dənizdə suyun çirkli olduğu vaxtlarda baş verir. Heyvanlar yoluxucu və parazitar xəstəliklərə yoluxur, bu da ölümlə nəticələnir.

"Aprel ayından bəri Qara dənizdə, o cümlədən Soçidə delfinlərin çox yüksək tələfatı qeydə alınıb. Bu, statistik məlumatları ləğv etdiyimiz dörd il ərzində əvvəllər baş verməyib". Bunu mərkəzinin direktoru bildirib.

Qeyd edək ki, Beley delfinlərin balıqçı torlarına düşmələrini də onların ölümünün başqa bir səbəbi ola biləcəyini irəli sürür.

O, bunu Soçidə, dəniz kənarında kəsilmiş delfin quyruqlarının tapılması ilə əlaqələndirir.

Nazlı Almuradova