Rumıniyada koronavirusa qarşı peyvəndin yeni mərhələsinə start verilib

12 May 2022 20:43 (UTC+04:00)

Rumıniya hökuməti COVID-19-a qarşı kütləvi vaksinasiyanın növbəti mərhələsinin başlandığını elan edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, peyvəndin 4-cü dozası 18 yaşdan yuxarı Rumıniya vətəndaşları üçün nəzərdə tutulur.

Rumıniya Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, peyvəndin dördüncü dozası xüsusilə 60 yaşdan yuxarı insanlara tövsiyə olunur.

Qeyd edək ki, rəsmi Buxarest ölkədə əsas karantin məhdudiyyətlərini tamamilə aradan qaldırıb.