Qida zəncirinin pozulması insan sağlamlığına zərər verir - QİDA MÜTƏXƏSİSSİ BİLDİRDİ

12 May 2022 16:08 (UTC+04:00)

“Ötən günlərdə hər kəsə məlum olduğu kimi çörəyin içərisindən bolt tapılıb. Təbii ki, burada artıq qida təhlükəsizlik məsələlərinə əməl olunmaması və eyni zamanda qida məhsulunun fiziki çirklənməsindən söhbət gedir”. Bu sözləri SİA-ya açıqlamasına sağlam qidalanma üzrə mütəxəssisi Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, bu halların baş verməməsi üçün yaxşı olar ki, istehsalçı şirkətlər mütəmadi olaraq sanitar-gigiyena qaydalarına əməl edərək, qida məhsullarının istehsalını həyata keçirtsinlər: “Həmçinin bu kimi təhlükələrin yarana biləcək hallarını öncədən aşkarlayıb qarşını alsınlar. Bununla yanaşı işçi heyətini də mütəmadi olaraq məlumatlandırmalıdırlar ki, onlar da bu kimi halların qarşısını almaq üçün müxtəlif tədbirlər görsünlər. Çünki qida təhlükəsizliyi prinsipləri tarladan süfrəyədək bütün zəncirləri əhatə etməlidir. Əgər hər hansısa bir zəncirdə qırılma baş verirsə bu artıq insan sağlamlığı üçün təhlükəli ola bilər”.